/  
Ön yapraq » Oğuz xəbər » Kürdlər Doğu Türkman elini top atəşinə tutubalar.

Kürdlər Doğu Türkman elini top atəşinə tutubalar.

OğuzTV:İrqın şimalında Türkman elində olan yerli türkmənlər və kürd peşmərgə terror qüvvələri arasında toqquşmalar baş verib. Gələn son bilgilərə görə, kürd administrasiyası Tuzhurmatı türkmən qəsəbəsinə əlavə qüvvələr göndərib. Hazırda qəsəbə top atəşinə tutulur.

 

Toqquşmaya səbəb İraq könüllü xalq qüvvələri “Həşdi Şabi” üzvü olan türkmənlərlə peşmərgə arasında baş verən silahlı qarşıdurma olub. Tuzhurmatıda baş verən bu qarşıdurma nəticəsində bir peşmərgə komandiri və çoxlu sayda dinc əhali öldürülüb. Bundan sonra kürd terror  administrasiyası Tuzhurmatıya əlavə qüvvələr göndərərək qəsəbəni ağır silahlarla atəş altında saxlayıb.
 

Hazırda qəsəbənin top atəşinə tutulduğu, eyni zamanda giriş-çıxış yollarının peşmərgə terroristlərinin tərəfindən nəzarətə götürüldüyü deyilir. Gələn bilgilərə görə,Terrör əsdirən  peşmərgə türkmən döyüşçüləri çıxarıb qəsəbəni tamamən nəzarətə almağa çalışır. Toqquşmalarda 10 könüllü döyüşçünün öldürüldüyü bildirilir. Hazırda şiddətli toqquşmaların davam etdiyi vurğulanır.

Bu mənada Türkmanların ərazilərində qondarma köçəri kürd dövlətinin yaranması və yeni sərhədlərin cızılması türkmənləri istənilən halda bölür. Türkmənlərin Bağdadla bir yerdə qalacağı, yoxsa kürdlərin tərkibinə keçəcəyi təqdirdə bağımsızlıq vəziyyətdə olacağına isə bildirmişdir.

Türkmənlər indi bölgədə təklənmiş vəziyyətdədirlər. Yalnız son iki ildə olan hadisələrdən sonra yerli türkmənlər Həşdi Şabinin qolu olaraq silahlı birliklər yaradaraq öz bölgələrini qorumağa çalışırlar. Ancaq son olaylar göstərir ki, kənardan dəstək olmasa yerli türkmən silahlılarının nizami kürd gücləri qarşısında dayanması çətin olacaq. Proseslərin bu şəkildə davam etməsi nəticəsində Bağdadın türkmənlərə dəstək verməsi labüd olacaq. Bu isə bölgədə gərginliyi daha da artıracaq.
 
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture