/  
Ön yapraq » Oğuz xəbər » Şuşa şəhidləri işğalın 25. ilində anıldı
Şuşa şəhidləri işğalın 25. ilində anıldı

Şuşa şəhidləri işğalın 25. ilində anıldı

Oğuz TV: Azərbaycanın önəmli bölgələrindən və Dağlıq Qarabağın rəmzi səmbolü şəhərinin Ermənilər tərəfindən işğalının 25-ci ildə, şəhidlər Bakıda təşkil olunan tədbirdə anılıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Ermənistanın işğalı nəticəsində yaxınlarını itirən və vətənlərindən köç etmək məcburiyyətində qalan Şuşalılar, şəhidləri anmaq üçün Bakı Şəhidlər Xiyabanında görüşüb.

Mərasimdə Şuşa İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov, Qarabağlı millətvəkilləri və minlərlə vətəndaş iştirak edib. Şəhid məzarlarını ziyarət edən vətəndaşlar, qəbirlərə qərənfil qoyaraq dua oxudu. Vali Səfərov, Əbədi Od Abidəsinə çələng təqdim edib.

Səfərov, jurnalistələrə verdiyi açıqlamada, Şuşalıların 25 ildir vətən həsrəti ilə yaşadıqlarını ancaq tez yada geç torpaqlarına qayıdıb gələcəyini inandıqlarını deyib.

Dünyada bəzi qüvvələrin və Erməni havadarlarının Azərbaycanlıların öz torpaqlarına qayıtmasına mane olduğunu ifadə edən Səfərov, “Bunlara baxmayaraq Azərbaycan xalqı ilə baş komandanın birlik və iradəsi bizi işğal olunmuş ərazilərimizə aparacaq”. Dedi.

Birləşmiş Millətlər Güvənliq Qurulunun (BMGQ) işğalın dayandırılmasına qarşı çıxardığı 4 qərarın icra olunmadığını xatırladan Səfərov, “Amma Libiya ilə bağlı qərarı mürəkkəbi qurumamış tətbiq etdilər. Burada ədalətsizlik və ikili standart var”. Şəklində danışdı.

Comments,Baxışınız
oguz gif telegram