/  
Ön yapraq » Oğuz xəbər » Türkiyədən Barzaniyə təpki; O bayraqları dərhal endirin

Türkiyədən Barzaniyə təpki; O bayraqları dərhal endirin

Oğuz TV: Türkiyə, İraq Kürd Bölgəsəl Yönətimi (IKBY) nin bağımsızlıq referendumu üçün düyməyə basılmasını və Kərkük də KürdBölgəsnin bayrağının asılmasını “yanlış və vaxtsız olaraq qiymətləndirərkən, qərarın ardından yaşanabiləcək böhranlar mövzusunda xəbərdarlıq etdi.

Oğuz TV nin aldığı bilgiyə görə, Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Kərkük də İraq Kürd Bölgəsəl Yönətimi nin bayraqlarına aslmasına kəskin etiraz edib. Ərdoğan “Kərkük Türkün, Ərəbin Kürdün hamısınındır. Bizimdir deyə bir iddia içinı girmıgin bədəli ağır olar. Türkiyə ilə münasibətlərinizi pozarsınız. O bayraqlarınızı dərhal endirin İraq milli bayrağı ilə yola davam edin. Yoxsa gəldiyimiz nöqtədən geri addım atmaq məcburiyyətində qalarsınız” dedi.

Bununla yanaşı İraq Kürd Bölgəsəl Yönətimi (IKBY) Başçısı Məsud Bərzani və keçmiş İraq Prezidenti Cəlal Tələbaninin baş katibliyindəki Kürdüstan Yurdsevərlər Birliyinin (KYB), bağımsızlıq referendumu üçün aldığı ortaq bir komissiya qurulması qərarı, Ankarada narahatlıqla izlənir.

Habertürk dən Bahar Bakırın, yüksək səviyyəli diplomatik qaynaqlardan əldə etdiyi bilgilərə görə, Türkiyənin bu nigarançılıqı Kürd Bölgəsəl Yönətiminə çatdırdı. Ankara, bu addımı “yanlış və vaxtsız kimi qiymətləndirdi.

İraq, başda DAEŞ olmaqla terrorla savaşarkən, Kürdlərin bağımsızlıq məsələsini gündəmə gətirməsinin doğru olmadığını bildirən qaynaqlar, “Bölgədə Suriya və İraq başda olmaq üzrə bir çox böhran var. Hər kəs ayrılmaqdan, bağımsılıqdan söhbət etsə, bu hərəkət domino təsiri yarada bilər. Bu, çox təhlükəli. Türkiyə, İraqın bütövlüyünə tərəfdardır” qiymətləndirməsində olub.

Qaynaqlar, bağımsızlıq referendamunun Quzey İraq üçün də nəticələri olacağını bildirərək, bu xəbərdarlıqlar edib:

İQTİSADİ AMİL

Müstəqillik qərarı ilə Kürd bölgəsi, mərkəzi hökumətdən aldığı yüzdə 17lik paydan imtina etməyi nəzərə alacaqmı? Müstəqil dövlət olacaqsa, malı olaraq necə duracağını yaxşı hesablaması lazımdır.

TANINMAQ

Bağımsızlığı kim tanıyacaq? Türkiyə, Amerika, Rusiya, İran, Aİ ölkələri, İraq, İsrail tanıyacaq, yoxsa? Ən önəmlisi İraq necə reaksiya verəcək? Tanınmayan bir dövlətin beynəlxalq cəmiyyətdə da yeri olmaz.

KÜRD MİLLƏTÇİLİYİ

Quzey İraq Kürdlərini bu ana qədər əngəlləyən bir şey yox idi. Hələ də əsirət kimi yaşayırlar. Dövlət qurma şüuru məsələsində çatışmazlıq var.

KÜRDLƏR ARASI PROBLEM

Kürd qruplarının öz aralarında ciddi problemləri var və maraqları fərqlidir. Bunların bir araya gətirilməsində ciddi gərginliklər var. Tək blok olan bir Kürd quruluşu yox.

MƏNSUBLUĞU MÜBAHİSƏLİ ƏRAZİLƏR

Müstəqil bir Kürd dövləti qurulacaqsa, Sincar, Mosulun quzeyi, Kərkük, Səlahəddin, Diyala, nə olacaq? Kərkük başda olmaq üzrə, buralar mübahisəli ərazilər. İllərlə varılmayan uzlaşmaya, bir anda necə varacaq?

ZAMANLAMA

Quzey İraqdakı Kürdlər, 2004 bəri bağımsızlıq məsələsində bəyanatlar verir. Bu məsələdə ciddi problemlər və barışmazlıq var. Belə bir şəraitdə Suriya və İraqda terrorizmlə mübarizə davam edərkən, bu qərarın gəlir və xərclərini yaxşı hesab etmək lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture