/  
Ön yapraq » Oğuz xəbər » “TurAz Qartalları” yenidən bir arada

“TurAz Qartalları” yenidən bir arada

Oğuz TV: Türkiyə mətbuatının verdiyi məlumata görə, bugündən  Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin növbəti təlimləri başlayır.

Şahinlər Türkiyənin Konya şəhərində bir araya gələcəklər.

Femida.az-ın verdiyi bilgiyə görə, bu ilin ilk təlimləri 16 isfəndə başladı (7 mart), fərvərdinin 6 a qədər  (26 mart)  davam edəcək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Mig-29” və “Su-25” tipli təyyarələr qatılacaq. Ötən ildən fərqli olaraq bu il Azərbaycan “Mi-17” helikopterlərini Konyaya aparmayacaq.

Türk Hava Qüvvələri isə təlimlərə həm “F-16”, həm də “F-4E 2020” terminator təyyarələri, “Cougar AS532” axtarış-xilasetmə helikopterləri ilə yer alacaq.

Comments,Baxışınız
oguz gif telegram