/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türk dili Avropa Birliyinin rəsmi dili oldu

Türk dili Avropa Birliyinin rəsmi dili oldu

OğuzTV:İngiltərə isə bu məsələyə qısqanclıqla yanaşdı


İngiltərədə dərc olunan “Daily Express” qəzetində Türk dilinin Avropa Birliyinin rəsmi dillərindən biri olaraq qəbul edildiyini ironik bir şəkildə qeyd edərək bunu “dəhşət verici” adlandırmışdır. Qəzet daha sonra qeyd edir ki: “Türkiyə islam millətidir” və heç bir Avropa ölkəsi bu ölkənin “Avropa Birliyi”nə üzvlüyünü qəbul edə bilməz”. Bununla yanaşı o da bildirilir ki, Güney Kiprin lideri Nicos Anastasiadesin Hollandiyanın Avropa Birliyinin Ağ Dənizdəki adaya hər iki Kiprin birləşməsi anlaşması məsələsinə də yenidən baxılmalı və ona gərəkən düzən verilməlidir.
O da bəllidir ki, Avropa Birliyinin Parlamentində 375 nəfər deputat Türk dilinin Avropa Birliyində rəsmi dil olması üçün “bəli”, 133 nəfər deputat isə “xeyir” cavabını vermişlər. Beləliklə də Avropa Birliyində rəsmi statusa malik olan 24 dilin arasında Türk dili də qəbul edilmiş sayılır. Bununla yanaşı, 28 nəfər deputat isə Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı kəskin mövqe sərgiləmişdir. Bununla yanaşı, Belçikanın paytaxtı Brüsseldə Türkiyənin Avropa Birliyinə üzv olması istiqamətində 5 milyard sterlin yardım alacağı qərarı da verilmişdir. Qərarda daha sonra qeyd olunur ki, bu ildən etibarən Türkiyə vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş hüququna sahibdirlər.

“Daily Express” qəzeti İngiltərənin dolayı yolla mövqeyinə belə bir məzmunda aydınlıq gətirmişdir: “2018-ci ildə Türkiyənin əhalisinin sayı demoqrafik baxımdan Almaniyanın əhalisinin sayından daha çox olacaqdır. Milli gəlirləri də Avropa Birliyi üzvü olan bir sıra ölkələrə nisbətdə artacaqdır. Xüsusilə İngiltərəni bəzi sahələrdə ötəcəkdir. Bununla yanaşı, Türkiyə vətəndaşlarının rahat bir şəkildə Avropa Birliyi üzvü olan ölkələrə köç dalğası halları da artacaqdır. Bu, İngiltərə üçün böyük təhlükədir”.

İngiltərənin sağ yönümlü UKIP partiyasının lideri Nigel Farage İngiltərənin Avropa Birliyi üzvlüyünü saxlaması səbəbindən Türkiyənin bu birliyə üzvlüyünə səs verməsi anlamına gəldiyini bildirmişdir. O, bildirmişdir ki: “Avropa Birliyinin bərabərhüquqlu üzvü olacağı təqdirdə Türkiyədən çox sayda daha üstün səviyyəli iş sahibi olmaq üçün İngiltərə köç dalğasının artması böyük sorunlara səbəb ola bilər. Hələ bundan öncələr İngiltərənin kölgə işləri naziri David Davis Türkiyənin Avropa Birliyinin üzvü olmasını İngiltərənin milli təhlükəsizliyi üçün təhlükə ola biləcəyini elan etmişdir”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture