/  
Ön yapraq » Oğuz xəbər » Türk məzarlığına vəhşi hücum

Türk məzarlığına vəhşi hücum

OğuzTV: Rusiya tərəfindən işğal edilmiş Kırımın Sevastopol şəhərində naməlum şəxslər Krım müharibəsində şəhid olan türk əsgərlərinin məzarlığına yenidən hücum ediblər.

Oğuz TV axar.az  saytına istinadən xəbər verir ki, bunu Krım azərbaycanlı icmasının rəhbəri Rahim Hümbətov öz Feysbuk səhifəsində paylaşıb. O, türk əsgərlərinin məzarlığına edilən hücumların hələ də qarşısının alınmadığını bildirib:

“Dünən Sevastopolda oldum. Sevastopollular bir müddət öncə təhqiramiz ifadələr yazılmış türk əsgərlərinin anım abidəsinə aparan göstəricini yenidən qaydaya salıblar. Lakin abidənin özü vandalların hücumuna məruz qalıb. Məzar daşlarının üzərində olan ulduzlar və ayparalar iti alətlərlə kəsilib, qoparılıb. Bu, artıq anım abidəyə üçüncü hücum faktıdır” 

Qeyd edək ki, bu abidəyə ilk hücum 1392-ci il mehr ayında (2014-cü il oktyabr) qeydə alınıb. 

 

Comments,Baxışınız
oguz gif telegram