/  
Ön yapraq » Oğuz xəbər » Türk milləti uca səslə “20 yanvarı unutmadıq” dedi-Foto video

Türk milləti uca səslə “20 yanvarı unutmadıq” dedi-Foto video

OğuzTV:Bugün Quzey Azərbaycanın başkəndi Bakıda 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü qeyd olub. 

Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan Azərbaycan türkü azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini və bağımsızlıq və qurtuluş bağırtılarını daha ucadan bəyan etmişdi. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.


27 ci il  dönümü ilə əlaqədar səhər Cumhuriyyətinin Prezidenti İlham Əliyev yanvarın 20-də – səhər saatlarında şəhidləri ziyarət edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture