/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türk ordusu 33 PKK terrorçusunu öldürdü

Türk ordusu 33 PKK terrorçusunu öldürdü

Oğuz TV: Havalar isindikcə Türk Silahlı Qüvvələrinin də kürt terror təşkilatı olan PKK ya qarşı əməliyyatları daha da geniş miqyas alır. 

Türkiyə medyasının yaydığı bilgiyə görə, dünən Türk Silahlı Qüvvələrinin Hakkari və Tunceli bölgələrində keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 33 PKK terrorçusu öldürülüb.

Hakkarinin Yüksəkova bölgəsində hücuma hazırlaşan terrorçuları Türk Silahlı Qüvvələrinə aid insansız hava aparatlar təsbit edib və terrorçuların hücum hazırlığının qarşısı alınıb. Nəticədə 19 terrorçu öldürülüb.

Bundan başqa Tuncelinin Kutlu Dərə bölgəsində insansız hava aparatları tərəfindən bir qrup PKK terroçularının yerləri müəyyənləşdirilib. Gecə ikən Jandarma Özəl Hərəkat qruplarını terrorçuları zərərsizləşdirə bilib. Verilən bilgiyə görə, 14 terrorçu öldürülüb. 

Beləlikdə gün ərzində Türk Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar nəticəsində 33 PKK terrorçusu öldürülüb. 

Türk ordusu terrorçulara qarşı əməliyyatları hələ də davam etdirir. 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture