/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türk Silahlı Qüvvələri Quzey İraqda 16 PKK kampını vurdu

Türk Silahlı Qüvvələri Quzey İraqda 16 PKK kampını vurdu

Oğuz TV: Türk Silahlı Qüvvələri İraqın Quzeyində gerçəkləşdirdiyi hava hücumu ilə bölücü terror təşkilatı PKK-ya aid 16 kampı vurdu.

Türkiyə medyasının yaydığı xəbərə görə, Türk Hava Qüvvələri aldığı kəşfiyyat məlumatının ardından həmən PKK terrorçularına aid Quzey İraqın Metina, Zap, Avaşin, Baysan, Kandil, Hakurk bölgələrində yerləşən terrorçulara aid kampları bombaladı. 

Türk Silahlı Qüvvələrinin yaydığı bilgidə deyilir ki, 24 Mart 2017 tarixində 14:56-19:54 saatları arasında Quzey İraqın Metina, Zap, Avaşin, Baysan, Şam, Hakurk bölgəsində və Hakkaridən alınan anlıq kəşfiyyatın qiymətləndirilməsi nəticəsində Türk Hava qüvvələrinə aid döyüş təyyarələri ilə hava hərəkatı təşkil edildi və bölücü terror təşkilatı mənsublarına aid 16 ədəd hədəf məhv edildi.

 

Comments,Baxışınız
oguz gif telegram