/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türkcə baner yazdı, dəftərxanasına hücum edildi

Türkcə baner yazdı, dəftərxanasına hücum edildi

Oğuz TV: Qoşaçay şəhərində Humayun   Haşemi  adlı bir soydaşımız  seçki təbliğatı qərargahında Ana Dili ilə bağlı Türkcə yazılmış  banerlər asıb. Bundan xəbər tutan rejmin məmurları bu şəxsin dəftərxanasına hücum edərək, Türkcə yazılmış bu banerləri söküb ataraq, Türkcənin yasaq olduğunu bildirib və adama  bir daha belə işləri görməməsi üçün ciddi xəbərdarlıq ediblər.

Yeri gələndə molla rejminin rəhbərləri, Təbrizə gəlib Türkcə danışır, millətimizə Türkcə xitab edirlər, lakin,  öz şəhərlərimizdə, soydaşlarımız tərəfindən Türkcə yazılmış  2 sətirlik mətinə icazə verməyəcək qədər də  ikiüzlü, riyakardılar.

Comments,Baxışınız
oguz gif telegram