/  
Ön yapraq » Oğuz xəbər » Türkçülər 3 may Türkçülər gününü andı (FOTOLAR)

Türkçülər 3 may Türkçülər gününü andı (FOTOLAR)

Oğuz TV: Dünən 3 may Türkçülər  günü ilə bağlı Türkiyənin başkəndi Ankara şəhərində “Tanrıdağ Türkçülər Dərnəyi” böyük yürüş keçirdi.

Dərnəyin sözçülərindən Alpərən Tonqut çıxış edərək, 3 may Türkçülər gününün yaranması və önəmindən söz etdi, daha sonra Türçülüyün yasalarını dilə gətirərək, hər bir Türkçünün buna əməl etməli olduğunu bildirdi. Türkçülərin istəklərini və hədəflərini də dilə gətirən Tonqut, “biz tarixi yurdumuz Kırımda Türklük başda olsun istəyirik. Biz Batı Trakyada Türk bayrağı yenidən dalğalansın istəyirik. Azərbaycan birləşsin, Bütöv olsun istəyirik. Biz Misak-i Milli deyərək, Mosulu, Kərküyü istəyirik, Urumçidə Gök bayrağın  dalğalanmasını istəyirik. Bütün Türküstan birləşsin Turan olsun istəyirik və bunun uğrunda dönmədən, yorulmadan mübarizə aparırık” deyə qeyd etdi.

Bağımsız və özərk Türk cümhuriyyətlərinin bayrağı ilə yanaşı 16 Türk imperiyasının bayraqları ilə Ankaranın “Güvənpark”ından başlayan yürüş Anıtqəbirə qədər davam etdi.

3 saata qədər davam edən yürüşdə 700 dən çox yürüş Türkçü yürüdü.

Türkçülər “Bakı, Təbriz, Ankara, yürüyürük Turana” , “Qarabağ Türkdür türk qalacaq”, “ Mustafa Kamalın əsgərləriyik”, “3 mayıs ruhu əbədiyyən yaşasın”  və s. Kimi sloqanlar atdılar. Yürüş Anıtqəbirdə M.K.Atatürkün məzarı başında diz vurmaraq yürüşü tamamladılar.

Xatırladaq ki, 3 may 1944-cü ildə Nihal Atsız başda olmaqla, bir sıra türkçü-Turançının yarğılanması zamanı gənc türkçülərin məhkəmə önünə toplanması və bu zaman Türkçülərə sərt müdaxilə olundu.

Nihal Atsız və o gün yarğılanan Türkçülər bir müddət sonra bəraət qazanmışdılar.

Bu davada dönəmin cümhurbaşqanı İsmət İnönün əmri ilə Türkçülər “dövlət yönətimini qanunsuz yolla ələ keçirtmək istəyən bir qrup” olaraq yarğılandılar.

Türkçülərin fikir öndəri H.N.Atsız 1954-ci  yazdığı bir məqalədə 3 mayı Türkçülər günü olaraq adlandırdı və o gündən sonra dünyanın hər bir yerində yaşayan Türkçülər bu günü anırlar.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture