/  
Ön yapraq » Oğuz xəbər » Türkçülər Xocalını unutmadı (FOTO)

Türkçülər Xocalını unutmadı (FOTO)

Oğuz TV: Xocalı soyqrımının 24-cü ili Türkiyədə Türkçülər tərəfindən anıldı. Hər zaman hər bir Türk yurdunun səsi olmağa çalışan Tanrıdağ Türkçülər dərnəyi, “Xocalıya Ədalət” çağrısı altında Türkiyənin 4 şəhərində, Ankara, İzmir, Kırıkkale və Aydında Xocalıda törədilmiş qətliamı əks etdirən fotolardan ibarət fotoqraf sərgisi təşkil etdi, bu faciə ilə bağlı bilgi vərəqələr payladılar.

Bundan başqa gənclər sloqanlar ataraq Xocalıya Ədalət, Xocalıda tökülən Türk  qanının yerdə qalmayacağını da bildirdilər.

Xatırladaq ki, Türkçülərin təşkil etdiyi bu sərgi, Ankarada 2 gün davam edəcək.

Nəzərinizə çatdıraq ki, 1370-ci 6 isfənddən 7 isfəndə (1992-ci il fevralın 25-dən 26-na) keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Azərbaycan Türklərinə qarşı Xocalıda əsrin cinayəti işlənildi. 

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture