/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Türkiyə 13 Şəhid verdi
13 Türk əsgəri şəhid oldu ...Başın sağ Olsun Türk Milləti @oguztv ? ? ?

Türkiyə 13 Şəhid verdi

OğuzTv:«Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 əsgər şəhid olub».

Oğuz Media xəbər otaqı ,Türkiyə mətbuatının yazdığı xəbərə istinadən , “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq qəzaya uğrayıb. Məlumatda deyilir ki, hərbi helikopterin içində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın da olub. Baş verən faciədən sonra Türkiyə baş nazirinin müavini Mehmet Şimşek, daxili işlər naziri Süleyman Soylu, müdafiə naziri Fikri Işık vә baş Qərargah rəisi, general Hulusi Akar bölgəyə gediblər.

Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akara zәng edәrәk başsağlığı verib vә şәhid olan әsgәrlәrә Allahdan rәhmәt dilәyib.

Hadisәdәn sonra açıqlama verәn Türkiyə baş naziri Binәli Yıldırım bunları söyləyib: ‘‘Bizi kәdәrlәndirәn  bu qәza nәticәsindә şәhid olan qәhramanlarımıza Allahdan rәhmәt dilәyirәm’’.Türk Silahlı Qüvvətlərinin qəzayla əlaqədar şərhində deyilir ki, hadisə dünən mayın 31-də axşam saat 20:55 radələrində baş verib.
Başın sağ Olsun Türk Milləti

 

Comments,Baxışınız
oguz gif telegram