/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə başqanları, Rusiya və irana”od püskürdü”

Türkiyə başqanları, Rusiya və irana”od püskürdü”

Oğuz TV:Cənubi Amerika səfərində  dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlama verib.

Suriyadakı vəziyyətdən danışan Ərdoğan  Rusiya, İran və Qərb ölkələrini ittiham edib.
“Suriya məsələsi ilə bağlı  görüşdüyüm dövlət rəhbərlərinin heç biri doğru danışmırsan demir.Hər kəs haqlısan deyir. Amma  önəmli olanı haqq vermək deyil, haqlının yanında olmaqdır.Orada insanlar amansızlıqla öldürülür. 400 min insan qətlə yetirildi, tarix qətlə yetirildi, ölənlər müsəlmandır, yox olan İslam tarixidir . İranın mövqeyini anlamaqda çətinlik çəkirəm. Bir söz dediyimiz zaman da inciyirlər. Suriyanı nə üçün məzhəb savaşına qurban edirsiniz? Avropanın da Suriya adlı dərdi yoxdur. Dərd bizimdir.
 
Bizdəki PKK kamplarından  Rusiya silahı çıxırmı? Çıxır. ABŞ silahı çıxırmı? Çıxır. Haradan gəlir bu silahlar? PKK-nın Suriya qolu PYD-yə elə silahlar veriblər ki, biz belə bu silahları almaqda çətinlik çəkirik.
“Türkiyə lazım gələrsə, Suriyaya girə bilərmi” sualına Ərdoğan diplomatik şəkildə cavab verib.
“Dar çərçivəli bir təhlükəsizlik toplantısı  keçirib, həssas məsələlərimizi orada qiymətləndirəcəyik. İraqda düşülən  xətanı  Suriyada təkrarlamaq istəmirik. Mən vaxtilə Türkiyənin İraqa girməsi qərarına tərəfdar idim. Lakin, bəziləri bu qərarın parlamentdən keçməsinə imkan vermədilər. O qərar qəbul olunub Türkiyə İraqa girsəydi, bəlkə də indi İraqda vəziyyət belə olmazdı. Həmin qərar qəbul edilsəydi  masada Türkiyə olacaqdı. Amma təəssüf ki, biz öz dostlarımızın səhvi ilə üzbəüz qaldıq. Sonra mən baş nazir oldum, yenidən bu qərara təkrar baxılmasını istədim. Həmin vaxt da, Şimali İraq Kürdüstanı bizim orada olmağımızı istəmədi. Biz də “istənilməyən yerə getmərik” dedik. İndi Suriyada bu iş ancaq bir yerə qədər belə gedər. Bir yerdən sonra belə getməz. Hisslərimizi Türkiyə olaraq qorumaq məcburiyyətindəyik. Bu hava məkanı, təkcə Türkiyənin hava məkanı deyil. Eyni zamanda NATO hava məkanıdır. Onlar da lazımi addımları atmaq məcburiyyətindədir. Baş verənlər eyni zamanda hər kəs üçün bir test xarakteri daşıyır.
Bu cür şeylər danışmaqla olmaz, lazım gələndə nəsə ediləcək.. Hazırda biz bütün təhlükəsizlik qüvvələrimizlə, bütün ehtimallara qarşı hazır vəziyyətdəyik. Kimsənin narahatlığı olmasın.
Əslində Rusiyadan soruşmaq lazımdır. Sənin nə işin var Suriyada? Hazırda Rusiya işğalçı bir dövlət statusundadır. Sən dövlət terroru həyata keçirən bir adamla birlikdə hərəkət edirsən. 400 min insanın qatili  ilə bərabər hərəkət edir, vətəndaşları öldürməyə davam edirsən. Türk əsgəri heç vaxt o cür hərəkətlər  etməyib. Suriyada  bizim soydaşlarımız da var. Ey Rusiya, sənin Suriya ilə sərhədinmi var, soydaşlarınmı var? BMT Təhlükəsizlik Şurasının  Rusiya ilə bağlı  qərarını gözləyirik.”
Ərdoğan ABŞ ordusunun rəsmilərindən birinin PKK-nın Suriya qolu PYD-nin təmsilçiləri ilə Kobanidə görüşməsinə də sərt reaksiya verib. “Sizin ortağınız Kobanidəki terrorçulardırmı?” 

Suriyada elə bir bölgə yoxdur ki, ora bomba ilə vurulmasın. Rusiya qırıcıları bombaları yükləyir və hara gəldi atırlar.
Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu AKP-nin iclasında deyib.O, Rusiyanın Suriyada vaxtı bitmiş bombalardan istifadə etdiyini bildirib:
 
“Suriyada baş verən son hadisələr milli təhlükəsizliyimizi təhdid edir. Suriyada elə bir bölgə yoxdur ki, ora bomba atılmasın. Rusiya qırıcıları ağıllı bombadan istifadə etmirlər. Onlar bombaları yükləyir və hara gəldi atırlar. Əsasən də vaxtı bitmiş bombalardan istifadə edirlər. Rusiya və Bəşər Əsəd PYD-dən istifadə edərək, Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır. 5 il ərzində Suriya xalqı heç bir orduya, silaha sahib olmadan Əsəd rejiminə müqavimət göstərdi. Daha sonra Hizbullah Əsədin köməyinə gəldi, lakin yenə də Hələbi, İdlibi ələ keçirə bilmədilər. Bu yetmədi, İranı çağırdılar. Daha sonra isə bütün regiondakı şiə döyüşçüləri gətirdilər. Lakin yenə də Hələbi tuta bilmədilər. Son mərhələdə isə böyük qardaşlarına üz tutub, Rusiyaya getdilər. “Bu qırğını sən tamamla, sən yaxşı bacarırsan”, – dedilər. 30 sentyabrdan (2015-ci il – red.) bu yana alçaq, xain, barbar qırıcılar hərbçi-mülki fərqi qoymadan insanlara bomba yağdırırlar. İndiyə qədər 8 min hücum gerçəkləşdiriblər. Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyin və Suriyada müxaliflərin zəifləməsinin qarşısını almaq üçün lazımı bildiyi tədbirləri görməyə davam edəcək”.
 
Qeyd edək ki, Rusiya 2015-ci ilin 30 sentyabrından bu yana Suriyada hava əməliyyatları gerçəkləşdirir.avropa info
 
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture