/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə böyükelçisi: “Azərbaycanın 100. ilini qutlaması bizim qürurumuzdur”
Türkiyə böyükelçisi: "Azərbaycanın 100. ilini qutlaması bizim qürurumuzdur"

Türkiyə böyükelçisi: “Azərbaycanın 100. ilini qutlaması bizim qürurumuzdur”

Oğuz TV: Türkiyənin Bakıdakı Səfiri Özoral, “Azərbaycanın bağımsızlığını, öz ayaqları üzərində dayanmasını, dünyada layiq olduğu yeri almasını hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik. Azərbaycanın 100-ci ilini qutlaması Türkiyə üçün qürur qaynağıdır” dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, Bakıda Azərbaycan Cümhuriyyətinin 100-ci quruluş ildönümü münasibətilə konfrans keçirilib.

“Ortaq Dəyərlər” təşkilatının təşkil etdiyi tədbirə Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoralla yanaşı, Quzey Qıbrıs Bakı Təmsilçisi Ufuk Turganer, Azərbaycanlı millət vəkilləri, QHT nümayəndələri və qonaqlar qatılıb.

Özoral, konfransda etdiyi çıxışında, Azərbaycanı öz vətənləri kimi gördüklərini, Türkiyə xaricində ən çox Türk şəhidinin Azərbaycanda olmasının bunun əyani sübutu olduğunu dedi.

Bakı 1918 də Erməni və Bolşevik dəstələrdən xilas edən Qafqaz İslam Ordusunun min 130 şəhid verdiyini, Azərbaycan miqyasında 15 Türk şəhidliyi olduğunu xatırladan Özoral, “Azərbaycanın bağımsızlığını, öz ayaqları üzərində dayanmasını, dünyada layiq olduğu yeri almasını hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik. Bundan 100 il əvvəl də belə idi, bundan 25 il əvvəl də belə olub, bu gün də eyni şəkildədir. Azərbaycanın 100-ci ilini qutlaması Türkiyə üçün qürur qaynağıdır” dedi.

“Anadolu və Azərbaycanı bir-birindən ayrı düşünməmək lazımdır”

1918 də Qafqaz İslam Ordusunun Bakıya getməməsi üçün o zamankı müttəfiq Almanlardan təzyiq gəldiyini, 1991 də bağımsızlığını elan edən Azərbaycanı tanımaması üçün də bəzi müttəfiqlərin Türkiyəyə təzyiq etdiyini bildirən Özoral, belə danışdı:

“Çünkü eyni Anadolu kimi hər kəsin bu torpaqda da gözü var. Anadolu və Azərbaycanı bir-birindən ayrı düşünməmək lazımdır. Azərbaycan, Anadolu üçün doğuya açılan qapı, Anadolu da Azərbaycan üçün batıya açılan qapıdır. İkisi bir bütünün tərkib hissələridir. Azərbaycanda 1918 də yaradılan cumjuriyyət, Anadolu Türkləri üçün də böyük ilham qaynağı oldu. Təəssüf ki, bu cumhuriyyət 23 ay sürdü amma təsirləri bu günə qədər gəldi. O dövrdə cümhuriyyəti yaradanlar Azərbaycan torpaqlarını tərk etməyə məcbur oldular. Amma burada başladıqları missiyası Türkiyədə davam etdirdilər. Azərbaycanlı mühacirlər Türkiyənin siyasi və ictimai həyatına böyük töhfələr verib. Türkiyə Cümhuriyyəti bugünkü səviyyəsinə gəlibsə, bunda Azərbaycan Cümhuriyyətini yaradanların da böyük töhfəsi vardır”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture