/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə daha 2 Şəhid verdi

Türkiyə daha 2 Şəhid verdi

Oğuz TV: Türkiyənin Diyarbakır şəhərinin Sur qəsəbəsində bölgəni kürt terroristlərindən təmizləyən Türkiyə hərbi qüvvələri 1-i polis, 1-i əsgər olmaqla 2 Şəhid verdi.

Sur qəsəbəsində terroristlərin qazdığı xəndəyi bağlayarkən, kürt terroristlərin qəfil hücümuna məruz qalan əsgər qrupundan 1 nəfər ağır yaralanaraq xəstəxanaya çatdırılır, lakin əsgərin həyatını qurtarmaq mümkün olmur.

Bundan başqa eyni qəsəbədə 14 bəhməndə kürt terroristlərinə qarşı keçirdikləri əməliyyat zamanı 1 polis Şəhid oldu.

Bilgi üçün onuda deyək ki, Sur qəsəbəsində 14 bəhməndə aparılan əməliyyat zamanı 5 kürt terroristi öldürüldü. Bununlada terroristlərə qarşı bu qəsəbədə əməliyyat başlayandan bəri öldürülən terroçuların sayı 153-ə çatdı.

Xatırladaq ki, Türkiyənin öz torpaqlarını kürt terrorçulardan təmizləmə əməliyyatı davam edir.

Comments,Baxışınız
oguz gif telegram