/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə daha 4 şəhid verdi

Türkiyə daha 4 şəhid verdi

Oğuz TV: Mardinin Nusaybin rayonunda terror tәşkilatı PKK-nın kustar üsulla hazırlanan bombanı partlatması nәticәsindә 4 әsgәr şәhid olub. Yaralanan 5 әsgәrin müalicәsi isә davam edir.

Dünən bölgәdә sәhәr saatlarında bir polis әmәkdaşının da şәhid olduğu bildirilib.

TRT Azərbaycanın məlumatına görə, Nusaybində elan edilən komendant saatından sonra terror təşkilatı PKK terrorçularının saxlanılması, yerlǝşdirilǝn partlayıcı qurğuların mǝhv edilmǝsi , qazılan xəndəklərin örtülməsi, qurulan barrikadaların götürülmәsi məqsədilə Türk Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının 24 isfənddən (martın 14-dǝn)  etibarǝn hǝyata keçirdiklǝri birgǝ əməliyyat davam edir.

Nusaybin, Şırnak mәrkәz vә Hakkarinin Yüksәkova qәsәbәlәrindә 22 terrorçu zәrәrsizlәşdirilib.

Türk Silahlı Qüvvәlәri dә davam edәn әmәliyyatlarla әlaqәli mәlumat paylaşıb.

Әmәliyyatların başladığı gündәn indiyәdәk zәrәrsizlәşdirilәn terrorçu sayı Nusaybindә 42, Şırnakda 33, Yüksәkovada 45 olub. Hәmçinin Şırnakda bir terrorçu tәslim olub.

Qaziantәp vә Hatayda isә terror tәşkilatı İŞİD-in 5 üzvü yaxalanıb.

Comments,Baxışınız
oguz gif telegram