/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə daha 5 Şəhid verdi

Türkiyə daha 5 Şəhid verdi

Oğuz TV: Türkiyə ordusu Diyarbakır  şəhərinin Sur qəsəbəsində bölücü terroristlərə atışmada 5 şəhid verdi.

Türkiyə mətbuatından əldə etdiyimiz bilgiyə görə,  Surda gedən şiddətli atışmalarda 1 əsgər və 2 polisdə ağır yaralanıb. Şəhid olan hərbiçilərdən birinin üst teymən rütbəli zabit olduğu öyrənildi.

Döyüş meydanını xatırladan Sur qəsəbəsində sakinləri qorumaq üçün küçəyə çıxmaq yasağı tətbiq edilib. 

Bundan başqa Şırnakın İdil mahalında hərbi maşının keçdiyi yola PKK terroristlərinin yerləşdirdiyi patlayıcının partlaması  nəticəsində 2 polis məmuru yaralandı.  Yaralı polislər, İdil Dövlət xəstəxanasındakı ilk müdaxilələrinin ardından helikopterlərlə  Şırnakın  Əsgər Xəstəxanasına aparılaraq əməliyyata alındılar.

Bu arada Şirnakın Cizrə və Diyarbakırın Sur bölgəsində 7 terrorist öldürüldü.  Bununlada bu əməliyyatlar nəticəsində öldürülən terroristlərin sayı 145-ə yüksəldi. 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture