/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə Ermənistanı qınayan bəyanat verib

Türkiyə Ermənistanı qınayan bəyanat verib

Oğuz TV: Türkiyə, Ermənistanın, cəbhə xəttində Azərbaycana qarşı saldırılarını qınayıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Türkiyə Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Ermənistan tərəfindən 24 Fevralı 25 Fevrala keçən gecə təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən saldırıları pisləyirik”. İfadəsinə yer verilib.
Şəhid olanlara Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı ilə yaralılara təcili şəfa istənilən açıqlamada, bunlar qeyd edilib:
“Ermenistan çeyrək əsrdir ki, Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxlayır. Aprel 2016 da təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi bölümlərində baş verən şiddətli qarşıdurmaların yenidən baş verməməsini təminən Ermənistanı atəşkəsə əməl etməyə və pozuntulara son verməyə dəvət edirik.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə, münaqişəyə Azərbaycanın ərazi bütövlüyü və əgəmənliyi çərçivəsində ədalətli və qalıcı bir çözüm tapılması yönündəki çabaları dəstəkləməyə davam etdirəcəkdir. Bu baxımdan Minsk Qrupunun sözügedən münaqişənin həlli məsələsindəki çabalarına hız verməsinin zərurət qazandığını qiymətləndiririk”.
Bəyanatda həmçinin Daxili İşlər Naziri Mövlud Çavuşoğlunun Azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə telefonla danışaraq, bilgi aldığı qeyd olunub.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture