/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türkiyə ilə İran adlanan ölkə arasındaki gərginlik yüksəlir;Türkiyədən fars rejiminə sərt cavab

Türkiyə ilə İran adlanan ölkə arasındaki gərginlik yüksəlir;Türkiyədən fars rejiminə sərt cavab

Oğuz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçən həftə Bəhreyn səfəri zamanı “Birləri həm Suriyanın, həm İraqın bölünməsini istəyir. İraqın bölünməsi işini aparanlar var. Oradakı məzhəbi, etnik mübarizə, çünki orada da bir Fars millətçiliyi hadisə var” açıqlaması ardından bu bəyanatlardan görə Türk Səfir Rıza Hakan Tekin, dünən İran fars molla rejiminin Dxarici Nazirliyinə çağırılıb.

 
Oğuz TV nin aldığı bilgiyə görə, Dışişlər Nazirliyinə gedən Türk Səfirə Tehran yönətiminin “sərt” etirazının çatdırdığı bildirilir. Ayrıca İran adlnan ölkənin Dışişlər Naziri Sözçüsü Bəhram Qasimi də dünən verdiyi bəyanatda “Türkiyə məsələsində səbrli davranırıq, ancaq dözümlülüyümüzün da bir həddi var. Türk məqamlarından, iran adlanan ölkə haqqında etdikləri çıxışlarına daha çox diqqət edib, bu tip sözlərin təkrarlanmamasını arzu edirik. Türk dostlarımız bu tip ifadələrini təkrar edərsə biz də susmayıp qarşılıq verəcəyik” dedi.
 
 “İRAN ADLANAN ÖLKƏNİN YAPICI ADDIMLAR ATMASI GÖZLƏNİLİR

Türkiyə Dışişlər Nazirliyi Sözçüsü Səfir Hüseyn Müftüoğlu isə Sözçü Qasiminin Türkiyəyə açıqlamalarına cavab verərək, “Bölgədəki böhranlar səbəbindən sözdə ölkəsinə qaçqın olaraq sığınan insanları belə savaş meydanına sürməkdən çəkinməyən sözdə bir ölkənin bölgədəki gərginliyin və qeyri-sabitliyin səbəbkarı olaraq başqalarını ittiham etməsini qəbul etmək də anlamaq da mümkün deyil. İran adlnan ölkənin özünə qarşı tənqidləri dilə gətirən ölkələri ittiham etmək əvəzinə, yapıcı addımlar atması və bölgəsəl siyasətlərini nəzərdən keçirməsi gözlənilir” dedi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture