/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə Ordusu PYD mövqelərinə zərbə endirdi

Türkiyə Ordusu PYD mövqelərinə zərbə endirdi

Oğuz TV: Türkiyə ordusunun iki gündür həyata keçirdiyi bombardıman nəticəsində  Rusiyanın dəstəyi ilə Azez bölgəsini ələ keçirmiş PKK-nın Suriya qolu PYD bölgədən çıxarılıb.

Cebhe.info xəbər verir ki, bu gün Rusiya təyyarələri yenidən Azez bölgəsini bombalayıb. Bombardıman nəticəsində bir xəstəxana və bir məktəb vurulub, 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilir. Yaralılardan 20 nəfəri Türkiyənin Kilis xəstəxanasına çatdırılıb. 

Bundan sonra, Türkiyə ordusu toplarla, tanklarla   PYD-nin hələ də olduğu Minnağ aeroportunu, Telrifat və Şavarikat bölgələrini vurmağa başlayıb. Bombardımanın davam etdirildiyi bildirilir. Atəş səsləri Türkiyənin Suriya sərhəddindəki Kilis şəhərindən də  eşidilir.

 

Comments,Baxışınız
oguz gif telegram