/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə PKK-nın Bitlis qolunu məhv etdi

Türkiyə PKK-nın Bitlis qolunu məhv etdi

Oğuz TV:  Türkiyənin Şırnak bölgəsində terror təşkilatı PKK-ya qarşı əməliyyatlar əsnasında əl istehsalı partlayıcı tələsi partladılıb, 2 əsgər şəhid olub, 4 əsgər və 2 polis yaralanıb.

TRT Azərbaycanın xəbərinə görə, insansız hava vasitələrinin da istifadə edildiyi əməliyyatlarda 22 sığınacaq və silah anbarı məhv edilib, çox sayda silah, sursat, partlayıcı, əl istehsalı qurğular və hərbi vəsait ələ keçirilib.

Bu arada onu da qeyd edək ki, Bitlis-Muş bölgəsində də əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyatlarda aprelin ilk günündən bu yana 6-sı sağ olmaqla 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda Bingöl, Muş və Bitlisdə çox sayda terror hərəkəti törədən və başına bir milyon lirə mükafat qoyulan, Ərzurum məsulu, “Sinan Devrim” kod adlı terrorçu Mehmet Hayme sağ olaraq ələ keçirilib. Yenə başına bir milyon lirə mükafat qoyulan, “Hemgin Koçer” kod adlı terrorçu Cəmil Atəş isə öldürülüb. Bununla da PKK-nın Bitlis bölgəsində fəaliyyət göstərən terror fəaliyyəti çökdürülüb.

Digər tərəfdən Hakkari, Mardin, Şırnak və Bingöldəki əməliyyatlarda 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar çərçivəsində zərərsizləşdirilən cəmi terrorçu sayı Nusaybində 275, Şırnakda 219, Yüksəkovada 196 olub.

 

Comments,Baxışınız
oguz gif telegram