/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə Qırğızıstanda hərbi məktəb tikəcək

Türkiyə Qırğızıstanda hərbi məktəb tikəcək

Oğuz TV: Türkiyə Qırğızıstanda zabit hazırlığı üzrə ali hərbi məktəb tikəcək.

Bu barədə Lent.az sitəsi rus mətbuatına istinadən xəbər verir ki,  bunu Türkiyənin Bişkəkdəki hərbi attaşesi Gökhan Peker deyib. Məlumata görə, layihənin dəyəri 30 mln dollar təşkil edir.    

Hərbi  məktəbin paytaxt Bişkek yaxınlığıında tikmək nəzərdə tutulub. Bu məqsədlər üçün artıq 20 hektar torpaq ərazisi ayrılıb.

“Türkiyə hərbi təhsil müəssisəsi modeli ilə yaradılacaq bu təhsil ocağı Asiyada ən müasir ali hərbi təhsil məktəbi olaraq Qırğızıstan ordusu üçün zabit heyətini hazırlayacaq”, – deyə attaşe bildirib.  Burada ucaldılacaq təhsil bölümləri  600 kursant üçün nəzərdə tutulacaq. Hərbi məktəb dünya standartlarına cavab verəcək.

Açılış mərasimində Türkiyə cümhurbaşkanın iştirak edəcəyi gözlənilir.  

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture