/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə, Rusiyanı bərk kırıxdırıb

Türkiyə, Rusiyanı bərk kırıxdırıb

OğuzTV:Türkiyə Rusiyaya qarşı yeni qadağalar tətbiq edə bilər. Cebhe.info xəbər verir ki, artıq rəsmi Ankara Rusiyadan taxıl idxalına son qoyulması mümkünlüyü barədə açıqlama verib. Rusiya mətbuatının yazdığına görə, bununla Türkiyə rəsmi Moskvadan sanksiyaların acığını çıxmaqla yanaşı, ona böyük zərbə vuracaq. Bu, Rusiya kənd təsərrüfatına böyük zərbə hesab olunur. Ziyanın məbləğinin Rusiyanın bu ölkəyə vurduğu ziyandan dəfələrlə çox olacağı təxmin edilir. Qeyd edək ki, yanvarın 1-dən etibarən Rusiya Türkiyədən meyvə-tərəvəz idxalına qadağa qoyub. Hər il bu ölkədən Rusiyaya 750 milyon dollarlıq meyvə-tərəvəz gətirilib. Ancaq Rusiyadan Türkiyəyə il ərzində 1,1 milyard dollarlıq taxıl idxal olunub.
Cebhe

Comments,Baxışınız
oguz gif telegram