/  
Ön yapraq » Oğuz xəbər » Türkiyə və Amerika birgə terrora qarşı hərəkət edəcəklər

Türkiyə və Amerika birgə terrora qarşı hərəkət edəcəklər

Oğuz Tv:Türkiyə baş nazirin mənbələrindən alınan məlumata görə, Türkiyə və Amerika arasında Başika məsələsində koordinasiyalı hərəkət etmək və yeni təşəbbüslər istifadə etmək məsələsində razılıq əldə olunub.
Türk baş nazirin mənbələrindən verilən məlumata görə, 2 saat 15 dəqiqəlik Davutoğlu-Biden görüşünün ilk hissəsi 1 saat sürdü.

Baş nazir Davudoğlunun Biden`ə alimlərin hazırladığı mətni görüb görmədiyini soruşduğu, Amerikadan nümunə verərək, “Əl-qaidə və ya başqa bir terror təşkilatının Amerikada hər hansı bir rayonu işğal edib silahlı Terrorçuları bağlaması, qanuni təhlükəsizlik güclərinin girməsinə icazə verməməsi və dinc insanları hədəf alması vəziyyətində nə edilirdi”? Sualına atdığı qeyd edilib.

Davudoğlunun Bidenə, “Bəyanatda bu bölgələrin hamısının terror təşkilatı faktorlarına buraxılması tələb olunur. Problem bu” dediyi vurğulandı.

Xarici işlər Naziri Mövlud Çavuşoğlu, Xarici İşlər Nazirliyinin Müşaviri Firudin Sinirlioğlu, MİT Müstəşarı Hakan Fidan, Baş Qərargah Hərəkat Sədri General-polkovnik Satı Bahadır Kosa və Türk-Amerika Dostluq Qrupunun Sədri Əli Sarıkayanın da hazır olduğu görüşdə xəritələr üzərindən durum dəyərləndirməsi aparılaraq, Suriya və İraqdakı terror ünsürləri üzərində dayandığı bildirildi.

Başika Düşərgə razılığı

Davutoğlu-Biden görüşündə həmçinin Başika düşərgə və İŞİD ilə(DAEŞLE) mübarizə məsələlərinin müzakirə olunduğu qeyd edilib. Görüşdə Başika düşərgə və İraqda İŞİD ilə(DAEŞLE) mübarizədə koordinasiyanın gücləndirilməsi və yeni təşəbbüslərlə yola davam edilməsi məsələsində razılıq yarandığı bildirilib.

Görüşdə Baş Nazir Davudoğlu, Biden dən dünən keçirdiyi görüşlər haqqında fikirlərini bildirərkən, foton miqdarının görülməsi üçün daha geniş bir qrupla müzakirəsi lazım olduğunu bildirdi.Bu arada xatıraladaq  dünəndən Türkiyədə səfərdə olan Con Baydenin “PKK  ilə PYD eyni deyil” açıqlaması Baş nazir Əhməd Davudoğlunu qəzəbləndirib.

 

Davudoğlu Baydeni PKK terroru nəticəsində həyatını itirənlərin yaxınları ilə görüşmədiyi üçün qınayıb.

 

“PKK ilə YPG/PYD-nin ayrı olduğunu iddia etmək, Qəndildən Suriyaya gedən qrupları, silahları, Suriya vasitəsi ilə Türkiyəyə gətirilməyə çalışılan silahlar haqqında məlumatı olmamaq, əslində, görməmək deməkdir. YPG/PYD-nin fəaliyyətinin mənbəyi Qəndildir, terrorçular oradan göndərilir. Vaşinqtondan belə görünə bilər, amma Türkiyədə elə görünmür. YPG/PYD Əsəd rejimi ilə əməkdaşlıq edir, İŞİD-lə döyüşməsi onu qanuniləşdirə bilməz. Türkiyə Qəndilə etdiyi kimi, YPG/PYD-yə də müdaxilə edə bilər.

 

Cənab Baydenin görüş proqramını kim yazıb bilmirəm, amma Türkiyədə baş verənləri tam olaraq görməsini istəmədiyi bəllidir. Türkiyə azad bir ölkədir, əlbəttə, hamı hamı ilə görüşə bilər. Amma cənab Bayden madam ki, Türkiyədə baş verənlərlə tanış olmaq istəyir, PKK terrorunun şəhid etdiyi şəxslərin yaxınları, mülki vətəndaşlarımla da görüşərdi. Ya da PKK terrorunun əlil etdiyi vətəndaşlarımızla da görüşərdi”, – deyə Davudoğlu bildirib.

 

Qeyd edək ki, Davudoğlu bu açıqlamanı Baydenlə görüşdən öncə səsləndirib.

 

Comments,Baxışınız
oguz gif telegram