/  
Ön yapraq » Oğuz xəbər » Türkiyədə miqrant gəmisi batdı

Türkiyədə miqrant gəmisi batdı

Oğuz TV: Türkiyənin Çanaqqala şəhərinin  Ayvacık bölgəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getmək üçün dənizə açılan qaçqınları daşıyan gəminin batması nəticəsində 33 adamın öldüyü, 75 adamın qurtarıldığı bildirildi.

Sahil Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, 04.50-də  Dəvəboynu Burnu önlərində kömək istəyi bildirilməsindən sonra,  hadisə yerinə göndərilən sahil təhlükəsizlik qayığının  batmaqda olan  gəmi və dənizdə boğulmaqda olan çox sayda miqrantın olduğunu  müəyyən etdi.

Türkiyə Sahil Qüvvələrinin verdiyi açıqlamada qeyd edilir ki, aparılan  axtarış qurtarma fəaliyyətləri nəticəsində,  dənizdən 42 miqrant qurtarılmış, 15 miqrantın cansız bədəni dənizdən çıxarılmış, 9 miqrantın cansız bədəni isə gəmi içindən çıxardılmışdır. Jandarma vahidləri tərəfindən da quruya çıxan 33 miqrant təsbit edilmişdi. Hal-hazırda cəmi 75 miqrant qurtarılmış, 33 miqrantın cansız bədəninə götürülmüşdü. Batmamışdan öncə qaçaq daşıyan gəmidə nə qədər miqrantın olduğunu bilinmədiyinə görə, dənizdəki  axtarış fəaliyyətləri  davam edilir.

Batan gəmidə Suriya, Əfqanıstan və Burma əsilli miqrantların olduğu bildirilir.  

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture