/  
Ön yapraq » Oğuz xəbər » Türkiyədə öyrəncilərimiz Qarabağa dəstək yürüşü keçirdilər

Türkiyədə öyrəncilərimiz Qarabağa dəstək yürüşü keçirdilər

Oğuz TV: Türkiyədə təhsil alan Güneyli Quzeyli tələbələr Ankara və İstanbulda Qarabağa dəstək yürüşləri keçirdilər.

Dünən İstanbulda Beyoğlundaki Qalatasaray Meydanında toplanan 100-dən çox öyrənci, Türkiyə və Azərbaycan da Şəhid olan soydaşlarımız üçün bir dəqiqəlik sayğı duruşunda durdular. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını daşıyan öyrəncilər, “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan əyilməz, Türkün beli bükülməz”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Vur keç səngəri Azərbaycan əsgəri” şəklində şüarlar ataraq Ermənistanın işğalına etiraz etdilər.

Bugün isə Ankarada və Türkiyənin digər şəhərlərində təhsil alan öyrəncilər Qarabağa dəstək olmaq üçün Azərbaycanın Ankaradakı səfirliyinə yürüş etdilər.  Milli marşımızı səsləndirən gənclər əllərində Azərbaycan və Türkiyə bayraqları, eyni zamanda erməni terrorunu pisləyən pankarlarla yürüş etdilər.

Öyrəncilər “Bakı, Təbriz, Ankara, gedirik Qarabağa”, “İgid əsgər, möhkəm dayan”, “Ankara batalyonu döyüşə hazırdır”… şüarları ilə Ordumuza, Qarabağa dəstəklərini bildirdilər.

Təxminən 1 saata qədər davam edən yürüş “Qarabağ” sloqanlarının verilməsi ilə sona çatdı.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture