/  
Ön yapraq » Oğuz xəbər » Türkiyədən İŞİD-ə növbəti zərbə,İŞİ`dən Türkmanelinə kimyəvi silah saldırısı

Türkiyədən İŞİD-ə növbəti zərbə,İŞİ`dən Türkmanelinə kimyəvi silah saldırısı

Oğuz TV: Türkiyə hərbi artilleriyası “Fırtına” topları ilə Suriyada İŞİD terrorçularının mövcud olduğu ərazilərə ağır zərbələr endirib.

Oğuz TV-i publika.az-a istinadən  xəbər verir ki, buna səbəb son günlər tez-tez Suriyadan minaatanlarla Türkiyə ərazilərinə atəş açılmasıdır.

Türkiyə ordusu Suriya ərazisində 5 hədəfə 50-dən çox atəş açıb. “Fırtına” topları ilə açılan atəş nəticəsində İŞİD-in ağır zərbələr aldığı müəyyən edilib.

Eyni zamanda, İŞİD-in Suriyadakı əsas komandirlərindən birinin “Fırtına” toplarından açılan atəş nəticəsində öldüyü ehtimal edilir.

 

Buna qarşılıq olaraq Işid Tuzhurmatu ya dünən gecə havan və katyuşalarla hücum etdi. Bölgəyə təxminən 42 havan gülləsi atılıb . Partlayış nəticəsində ortaya çıxan qaz da 5 vətəndaş zəhərlənib.

Bu barədə Anadolu Agentliyinə açıqlama verən  Tuzhurmatu Polis müdiri Salah Abbas IŞID’in əlində olan  Bəşiri kəndindən Tuzhurmatu’ya dünən gecə havan və Katyuşa mermileriyle hücum olunduğunu,  bölgəyə qısa müddətdə təxminən 42 havan mermisinin düşdüyünü bildirdi .

IŞİD’in eyni taktika başqa bölgələrə də hücum etdiyini deyən Abbas, “Qəsəbədəki bir çox vətəndaş havan hücumu sonrası nəfəs çatışmazlığı  və göz  yaşarmaya məruz qaldığını söylədi. Polis məmuru  bu qazın kimyəvi silah olmasından şübhələndiklərini qeyd etdi.

Qəsəbə sakinlərinin son hücumdan sonra  narahatlıq keçirdiyini bildirən  Abbas, havan və katyuşadan çox kimyəvi silahın gündəmə gəlməsinin hər kəsi qorxutduğunu qeud etdi.

Kimyəvi Silahların Qadağası Təşkilatının (OPCW) daha əvvəl verdiyi açıqlamada  təşkilatın bundan öncədə bölgədə belə kimyəvi qazlardan istifadə etdiyi yazilmışdı.

Xatirladaq ki, Işid, 1393 –cü ildə (2014) İraqda reallaşdırdığı hücumlar çərçivəsində Tuzhurmatu’ya 5 kilometr məsafədə yerləşən Bəşiri kəndini ələ keçirmişdi.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture