/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Türklərdən işğalçı Çin rejminə qarşı etiraz eyləmi

Türklərdən işğalçı Çin rejminə qarşı etiraz eyləmi

Oğuz TV : Uyğur Türkləri Kanadanın Toronto şəhərindəki Çin konsulluğunun önündə etiraz eyləmi keçirdilər.

Doğu Türküstandakı Çin zülmünə və işgəncələrə qarşı bir araya toplaşan insanlar, əllərində “Ölüm olsun işğalçı Çinə”, “İşğalçı Çin Doğu Türküstanı tərk et”, “Məhəmməd Toxtiyə azadlıq”, “Hüseyn Cangülümə azadlıq”, “Doğu Türküstana azadlıq” kimi ingiliscə sloqanlar yazılmış pankartlarla eyləm keçirdilər. 

Uyğur Türklərini bu etiraz eyləmində Güney Azərbaycan, Türkiyə və Hazara Türkləri tək qoymayaraq bu eyləmə qatıldılar.  

Xatıladaq ki, İranın Güney Azərbaycanı işğalda saxladığı kimi, Çin də Doğu Türküstanı işğalı altında saxlamaqda, orada milli haqq və özgürlükləri üçün mücadilə verən soydaşlarımızı müxtəlif bəhanələrlə fərqli işgənclərə məruz qoymaqdadı. 

Comments,Baxışınız
oguz gif telegram