Oğuz TV: İraqda Türkman millət vəkilləri, kimyəvi silah istifadə edildiyi təxmin edilən Türkman Elinin Tuzxurmatıdaki İŞİD-in bombardmanına dair dəliləri BMT İraq nümayəndəsinə çatdırdı. Türkmanlar, yaralıların müalicəsi və hücumun araşdırılması üçün beynəlxalq mütəxəssislərin Kərkükə gəlməsini tələb etdi.
Əl-Cəzirə Türkün verdiyi bilgiyə görə, millət vəkillərinin təqdim etdiyi raporda 400-dən çox sivil insanın bu qazdan təsirləndiyi haqqında məlumat yer alıb.
Türkman vəkillər İŞİD-in bu hücumu ilə əlaqədar olaraq, İraq Baş naziri Heydər Abadiyə də bu məlumatları çatdırıblar və İŞİD-ə qarşı bölgədə döyüşən Türkman güclərinə daha çox kömək istədi. Türkman millət vəkilləri Ərşad Salehi və Niyazi Mimaroğlu, koalisiya qüvvələrinin Türkman bölgələrinə hücum edən İŞİD terrorçularına qarşı daha çox hava hücumuları təşkil etmələrini tələb etdi.
Diqqətinizə çatdıraq ki, 3 gün bundan öncə Türkmanelinin Tuzxurmatu bölgəsinə İŞİD terrorçularının kimyəvi silahla hücumu nəticəsində 400 Türkman soydaşımız bu zəhərli qazdan zəhərlənib, 3 yaşlı Fatma adlı bir uşaq isə həyatını itirib.