/  
Ön yapraq » Oğuz xəbər » Türkmanlar Türkiyədən silah yardımı istədi

Türkmanlar Türkiyədən silah yardımı istədi

Oğuz TV: Suriyada Əsəd rejimi və Rusiyanın hava hücumları altındakı Türkman qruplar, Ankaradan gecə görüş durbini, Tanksavar və zenit tələb etdi. Ankara isə Türkmanlərin ata torpaqlarını tərk etməmələrini, mövcud mövqelərini səbirlə qorumalarını istədi.

Türkmənlərin, Hataya sərhəd 4 kənddə müqaviməti davam edir.

Zaman qəzetində yayılan xəbərə görə, Suriyadakı vətəndaş müharibəsində ən çox təsirlənən qrupların başında gələnTürkmanlar dünən Ankarada keçirilən Suriya Türkman Məclisi Genişlədilmiş Müşavirə heyəti yığıncağında problemlərini və ölkənin gələcəyini müzakirə etdilər. Görüşdə Türkiyə və Suriyadakı Türkman düşərgələrinin nümayəndələri, cəbhədə döyüşən Türkman qruplarının komandirləri  iştirak etdi.  Yığıncaqda danışan Türk Ocaqları Baş katibinin müavini Osman Oktay, Suriyada çətin şərtlər altında qürur mübarizəsi verən Türkmanların Türk hökumətindən daha strateji dəstək gözlədiyini bildirib. Türkmanların əllərindəki silahların Rus bombardmanına qarşı qeyri-kafi qaldığını söyləyən Oktay, təmasa keçdikləri Türkman müqavimətçilərin Ankaradan gecə görüş durbini, Tanksavar və zenit tələb etdiyini bildirdi. Yığıncaqda hökuməti təmsil edən Baş nazir köməkçisi Toğrul Türkeş isə çıxışında Suriyalı Türkmanlara indiyə qədər 3 min TIR insani kömək göndərildiyini söylədi. Hökumətin hər şərtdə Türkmanların yanında olduğunu, Ankaranın Türkmanlardan ata torpaqlarını tərk etməmələrini, səbirlə mübarizələrini davam etdirmələrini gözlədiyini bildirib.

Toplantıda  danışan Suriya Türkman Məclisi fəxri və Müşavirə heyəti Başçısı keçmiş MHP millət vəkili Mehmet Şandır da Türkmanların etnik təmizləmə ilə öz vətənlərindən çıxarılmağa çalışıldığını ifadə etdi. Yaşanan ağır bombardmanın ardında, 100 il sonra qlobal güclərin yenidən Suriyanı Türkmansız, Yaxın Şərqi Türkiyəsiz idarə  etmə niyyətinin olduğunu bildirdi. Hataya qonşu Bayırbucak Türkman Dağı bölgəsi təxminən iki aydır qurudan Əsəd rejimi və havadan Rusiyanın hücumları altında. Türkmanlar sıx bombardman sonrası bölgədəki 20 kənddən çəkilsə də sərhədə yaxın 4 kənddə müqavimətlərini davam etdirir.

 

Comments,Baxışınız
oguz gif telegram