/  
Ön yapraq » Oğuz xəbər » Türkün keçilməz qalası Çanaqqala

Türkün keçilməz qalası Çanaqqala

Oğuz TV:  Çanaqqala deyəndə ilk dünyanın bir daha Türk millətinin gücünü görməsi, Türk əzminin, radəsinin nə olduğunu anlaması gəlir ağıla. 14-15 yaşlı uşaqların Şəhid olduğu, lakin məğlub olmadığı döyüşdü Çanaqqala. Çanaqqala Təbrizli, Kərküklü, Kırımlı, Bakılı, Ankaralı demədən eyni cəbhədə çiyin-çiyinə vuruşub Şəhid olmaqdı.

Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi başkənt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb.

Min illərlə savaş təcrübəsi olan türk ordusu məhz bu gün – martın 18-də bir daha böyük şücaət göstərərək hərbi texnika və canlı qüvvə baxımından özündən qat-qat güclü olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla  müqavimət göstərmişdir.

8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmləkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirdilər.

Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də “Çanaqqala zəfəri” kimi qeyd edilir.

Çanaqqalada yalnız Anadoludan deyil, bütün Türk yurtlarından olan Türklər savaşaraq Türkiyənin var olması üçün can vermişdilər.  Tarixi bilgilərə görə, bu savaşda 3 mindən çox Quzey Azərbaycan və bir o qədər də Güney Azərbaycan Türkü savaşaraq Şəhid olub.

 

Çanakkalede Güney Aəzrbaycan şəhidləri
Çanakkalede Güney Aəzrbaycan şəhidləri

Bugün Çanaqqala Şəhidliyinə baxdığımızda, üzərinə Təbriz,Bakı,  Kırım, Kərkük, Mosul yazılan məzar daşlarını görürük.

Beləliklə,  Çanaqqalada , Türkün Vətən sevgisi, qətiyyəti, cəsarəti, inadkarlığı qarşısında  diz çökən düşmən də “Çanaqqala keçilməzdir!”- sözünü etiraf etmişdir.

Mustafa Kamal Paşa başda olmaqla, Çanaqqalada can vermiş, qan törkmüş bütün atalarımızı sevgi və sayğı ilə anırıq.

Zəfərin qutlu olsun Türk milləti.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture