/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tutsaq Güneyli milli fəal Siyamək Mirzayinin son Təmiz məhkəməsi keçiriləcək

Tutsaq Güneyli milli fəal Siyamək Mirzayinin son Təmiz məhkəməsi keçiriləcək

 OğuzTV:Məhbus həyati yaşayan 36 yaşlı milli fəal Siyamək Mirzayinin son müdafiəsi ,Təmiz (Təcdid nəzər-Apellyasiya) Məhkəməsində vəkili aracılığıla dinlənəcək.Bunu Milli fəalin Vəkili  Məhəmmədrza Fəqihi  bildirib .  “2017 ci ilin Aprelin 26-da (ordibeheştin 6-da) Tehranın Təmiz Məhkəməsinin 36-cı Bölməsinin (şöbəsinin) hakimi Zərgərin nəzarətində baxılacaq” diyə Fəqihi bildirib.

 

Xatırladaq Güney Azərbaycanda, türk millətinin milli haqları uğrunda mübarizəsinə görə 6 aydır Tehranın Evin zindanında tutsaq olan milli fəal Siyamək Mirzayi üçün hökm oxunub.İran adlanan ölkənin fars molla rejiminin məhkəməsi , tutsaq  saxlayan S.Mirzayi bəyə qondarma ittihamlara əsasən hökm oxuyub.Məhkəmə hakmi  Həsəni Milli fəalla 10 il həbs və 2 il sürgün həyat hökümünü oxuyub.

İttillat (İran bilgi və təhlükəsizlik nazirliyi-“ETTELAAT”) qüvvələri ,Siyamək Mirzayini,2016 ci ilin iyulun 14-ü axşam çağı Muğan (Parsabad )şəhərində ,öz mağazası içində vəhşicə döyərək tutuqlamışdır . Siyaməki , neçə gün muğam şəhrindəki  İttilaat-ın türmələrində istintaq və işgəncə olduqdan sonra, onu Tehranın Evin zindanına köçürülüb .

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture