/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tutuqlu Güney Azərbaycan milli fəallarına təziqlər dəvam edir

Tutuqlu Güney Azərbaycan milli fəallarına təziqlər dəvam edir

OğuzTV: Məlikkəndli (Məlikanlı) Güney Azərbaycan milli hərəkət fəalları, Mehdi Kuxiyan və Səccad Əfruziyan İran rejiminin“Sepah Təhlükəsizlik Bölümsi”həbsxanasından Rejimin Marağadaki zindanına köçürülüblər.Digər tutuqlu milli fəal Həbib Sasaniyanın Təbriz zindanında bəlirsiz durumu hələdə davam edir .

 

 

Məlikanlı milli fəal zindanına köçürüldükdən sonra M.Kuxiyan 32,S.Əfruziyan 8 günlük  aclıq eyləmlərini dayandırıblar.Marğadan Oğuztv-yə daxil olan məlumata əsasən ,rejimin Məlikkəndə ki savcısı,(Dadsetan-prokuror) milli fəal Əfruziyanın müvəqqəti azadlığı üçün onun ailəsindən 50 milyon tümənlik (15min$)mülki vəsiqə istəyib .Bugün Əfruziyan ailəsi bu vəsiqəni məhkəməyə aparıb ancaq rejim 2 gün öncə verdiyi öz hökmünü pozaraq səccadı muvəqqəti azad etməyib.

Keçmiş günlərdə xəbər verdiyimiz kimi Səccad Əfruziyan 2017 ci ilin yanvarın 15-də iran İttilaat  (Ettelaat- İran təhlükəsizlik və istihbarat nazirliyi)quvvələri tərəfindən tutulub.

Təbrizdən  aldığımız məlumata əsasən naməlum vəziyətdə Təbriz zindanında saxlanan  43 yaşlı milli fəal Həbib Sasaniyan sağlıq durumu heç yaxşı deyil .O qan təzyiqi və şəkər xəstəliyindən əziyət çəkir.Həbib öz ağır vəziyətini və yaşam təhlükəsini zindan məmurlarına dəfələrtcə bildirsədə ,Rejim ona komək və yardım göstərməsindən imtina edb.

Milli fəal Sasaniyan 2016-cı il mayın 15-də Babək Avənd, Həmid Səqəfi ,Yunis Rəhimi, İsmail Əfxəmivə Cavadzadə ilə birlikdə Ərdəbildə naməlum  ittihamdan tutulmuşdur. 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture