/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tutuqlu Güneyli Fəal H. sasaniyan bir həftədir Aclıq etirazinda

Tutuqlu Güneyli Fəal H. sasaniyan bir həftədir Aclıq etirazinda

Oğuz TV: 13 ay öncə qondarma casusluq ittihamı ilə Güney Azərbaycan “Ərdəbil vilayətində” fars rejiminin İttilaat qüvvələri tərəfindən nəzarət altına alınmış Ərdəbilli milli fəal Həbib Sasaniyanın bu günədək asılı vəziyyətdə,zindanında saxlanılmasına etiraz olaraq tekrar aclıq eylemi başladıb.

Oğuz TV yə gələn bilgiyə görə, iyunun 12-dən bəri H. Sasaniyan öz aclıq etirazini surdurur.Həbib bəy Təbrizin mərkəzi zindanından öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq etirazi başladığını bildirib.
2017ci ilin İyunun 16-da, Həbib Sasaniyanın azadlığa buraxılması üçün “Twitter tüfani”adlı internet kampani keçirilib.Fəallar “Twitter Fırtınası” üçün Hashtagından istifadə ediblər. Təbriz vaxtı ilə gecə saat 00:30-dək 400 sosial şəbəkə istifadəçisi tərəfindən Həbib Sasaniyanın azadlığını tələb edən 3000-dən çox twit paylaşılıb.


Xatırladaq ki Həbib bəy bir neçə ay bunan öncə Təbriz həpsxanasında Göz ağrısı və qan təzyiqinin (fişar) qalxmasından əziyət çəkdiyi üçün həpsxanada bir neçə dəfə huşunu itirimişdi.Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində hakim Bairpurun sədrliyi ilə azərbaycanlı fəallardan 5-nin məhkəmə iclası keçirilmişdir, ama Həbib Sasaniyan  İttilaat İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlara etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina etmişdir .Həbib bəy aprelin 18-də də dosyesinin bəzi sənədlərinin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.Təbrizdə yerləşən fars rejiminin İnqilab Məhkəməsi , İttilaatin bir başa mudaxiləsilə Sasaniyanin müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq üçün ona bir milyard tümənlik ağır mülki vəsiqə qərarı çıxarıb.Bu ağır vəsiqə iran adlanan ölkədə çoxunluq insanların maddi gücündən  xaricdir.

Qeyd edək Həbib bəyin halı bu neçə ayda  neçədəfə pisləşsədə onunla eyni türmədə saxlanılan digər məhbuslar onun yardımına gələrək fəalın həyatını qurtarmışdılar və iran rejimi bu məsləyə qeydsiz qalmışdı.O  həmçinin qanunsuz saxlandığına etiraz olaraq bu il aprelin 3-də aclıq aksiyasına başlamışdır.

Xatırladaq İttilaat qüvvəlləri 2016 ci ilin May ayının 15-də 6 milli fəallar Həbib Sasaniyan, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanmışdılar.Həbs edilən milli fəalların haqından keçən İyun ayında iranın ədliyyə qurumunun Doğu Azərbaycan vilayətində ki sorumlusu “Ayrılıqçı GAMO (Güney Azərbaycan milli ordusu) şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı

Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra Mühakiməsiz, yerli İttilaat idarəsindən rejimin Təbrizdəki mərkəzi zindanına köçürülmüşdülər.

Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan milli azadlıq hərəkətinin fəalları yaxşı bilməkdədir.

 

oguz gif telegram