/  
Ön yapraq » Oğuz xəbər » Tutuqlu Güneyli milli fəal H.Sasaniyan aprdığı aclıq erirazının 10 cü günündə sağlıq durumu pisləşib

Tutuqlu Güneyli milli fəal H.Sasaniyan aprdığı aclıq erirazının 10 cü günündə sağlıq durumu pisləşib

Oğuz TV: 13 ay öncə qondarma Silahlı təşkilat yaratma və casusluq ittihamı ilə Güney Azərbaycanın “Ərdəbil vilayətində” iran İttilaat qüvvələri tərəfindən tutulan Ərdəbilli milli fəal Həbib Sasaniyanın halı pisləşib. 13 aydan çoxdur naməlum və asılı vəziyyətdə,zindanında saxlanılmasına etiraz olaraq tekrar aclıq eylemi başladan Həbib Sasaniyan eyləninin (aksiyasinin)10cü günündə hüşdən gedən H.Sasaniyan zindanın Behdari (Sağlıq ocağı)bölüməsinə götürülərək serom (sistem) koməyilə tekrar hüşə gəlib.


H. Sasaniyan 2017 ci ilin iyunun 12-dən bəri öz aclıq etirazini surdurur.Həbib bəy Təbrizin mərkəzi zindanından öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq etirazi başladığını bildirib. 2017ci ilin İyunun 16-da, Həbib Sasaniyanın azadlığa buraxılması üçün “Twitter tüfani”adlı internet kampani keçirilib.Fəallar “Twitter Fırtınası” üçün Hashtagından istifadə ediblər. Təbriz vaxtı ilə gecə saat 00:30-dək 400 sosial şəbəkə istifadəçisi tərəfindən Həbib Sasaniyanın azadlığını tələb edən 3000-dən çox twit paylaşılıb.

Bir ildir qiyabi hökm ilə zindanda  və İttilaatda işgəncə olaraq asılı vəziyətdə tutulan 43 yaşlı fəalın sağlıq durumunun heç yaxşı olmadığı xəbəri dəfələrcə yayılıb.Həbib bəyin halı bu neçə ayda neçədəfə pisləşsədə onunla eyni türmədə saxlanılan digər məhbuslar onun yardımına gələrək fəalın həyatını qurtarmışdılar və iran rejimi bu məsləyə qeydsiz qalmışdı.O həmçinin qanunsuz saxlandığına etiraz olaraq bu il aprelin 3-də aclıq aksiyasına başlamışdır. Sasanian 2016-cı il mayın 15-də  5 digər milli fəalla birlikdə Ərdəbildə  tutulub və ardından qiyabi olaraq onun üçün məhkəmə iclası keçirən rejim , Sasaniana”Quzey Azərtbaycan dövlətinə casusluq” və “GAMO (Güney Azərbaycan Milli Ordusu” adlı qanunsuz qrup yaratmaq kimi yalan ittihamlar ataraq həbs edib.

Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra Mühakiməsiz, yerli İttilaat idarəsindən rejimin Təbrizdəki mərkəzi zindanına köçürülmüşdülər.

Sasaniyanın 2006-cı ildən bəri tanınan Millətçi ,mədəni fəaliyyətlər ilə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan xalqı yaxşı bilməkdədir.

 

Comments,Baxışınız
oguz gif telegram