/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Tutuqlu milli fəal H.Sasaniyan öz aclıq eyləminin 50 günündə dəvamlı hüşdən gedir ,rejim 350 milyon tümən vəsiqə qoşdu
Həbib Sasaniyan, Güney Azərbaycan milli fəalı50 Gündür zindanda aclıq etirazinda

Tutuqlu milli fəal H.Sasaniyan öz aclıq eyləminin 50 günündə dəvamlı hüşdən gedir ,rejim 350 milyon tümən vəsiqə qoşdu

OğuzTV:Bugün fars rejiminin zindanında aclıq etirazi edən 36 yaşlı Güneyli milli fəal, Həbib Sasaniyanın eləminin 50-ci gününə daxil olub.Oğuztv xəbər otağına daxıl olan məlumata əsasən Sasanian öz aclıq aksiyasının 50 ci günündə sağlıq durumu  dahada pisləşib.22 Kilo ağırlıq itirən milli fəalin qan təzyiqidə 55-ə düşüb və dəvamlı neçə saatdan bir hüşdən gedir.

Həbib sasaniyan İran rejiminin məhkəməsi və hakimi qanunsuz prosesi onun əleyinə dayandırmadığı təqdirdə öz aclıq eyləminə dəvam edəcəyini bildirir.

 Milli fəalin ailəsinin dəvamli məhkəməyə müraciətləri nəticəsində fars rejimi 350 milyion tümənlik (100min dolar) ağır mülki vəsiqə qarşlığında müvəqqəti azadlq buraxa biləcəyəni bildirib.Öncə ki günlərdə Həmin məhkəmə  milli fəalın müvəqqəti azadlığı üçün 1 milyar tümənlik daha ağır mülkü vəsiqəistəmişdi.

Xatırladaq fars rejiminin İttilaat qüvvəlləri 2016 ci ilin May ayının 15-də 6nəfər Güney Azərbaycan milli azadlıq hərəkatinin milli fəalı Həbib Sasaniyan, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanmışdır.

Həbs edilən milli fəalların haqından keçən İyun ayında iranın ədliyyə qurumunun “Doğu Azərbaycan” vilayətindəki sorumlusu “ Güney Azərbaycanda GAMO (Güney Azərbaycan milli ordusu) şəbəkəsinin 6 nəfərlik casusluq və Separatçı (Təcziyə tələb-İstiqlalçı)” həbs edildiyinə dair məlumat yaymışdı.“Gamo” adlanan dosyenin birinci müttəhimi , H.Sasaniyan ikinci isə Mehdi Əmirinəjad sayılır.

Milli fəallar bir neçə gün İttilaatda bu yalan ittihamlari ilə işgəncəli istintaq olduğdan  sonra Mühakimə olmadan,  Təbrizdəki mərkəzi zindanına köçürüldülər.

Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan milli azadlıq hərəkətinin fəalları və türk xalqı tərəfindən yaxşı bilinməkdədir.

Dosyenin ikinci mütəhəmi Güney Azərbaycanlı milli fəal Mehdi Əmirinəjad Fars rejiminin İnqilab Məhkəməsi tərəfindən  2 il həbs cəzasına məhkum olunub.Həmid Səqəfi , İsmayıl Əfxəmi və Babək Avənd,  “Gamo” qrupunda üzv olmaq ittihamıla hər biri 4 ay həbs cəzasına məhkum olunublar.  

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture