/  
Ön yapraq » Oğuz xəbər » Ukraynada iki qardaş xalq bir tədbirdə birləşdi

Ukraynada iki qardaş xalq bir tədbirdə birləşdi

Oğuz TV: Ukraynanın başkənti Kiyevdə Azərbaycan və KırımTatarlarının milli mədəniyyət gecəsi keçirildi.

Tədbir 17 bəhmən (6 fevral) da Ukraynadakı Azərbaycanlı Gənclər Birliyinin mərkəzində baş tutdu.

Aldığımız bilgiyə görə, “Bir gecə iki mədəniyyət” adı altında keçirilən tədbir, Kırım Tatarlar nümayəndələri və Azərbaycanın Ukraynadakı səfirlik nümayəndələri, tələbələr və mətbuat üzvlərinin iştirakı ilə baş tutub.

Bu gecəyə qatılanlar, Azərbaycan və Kırım Tatar musiqi və rəqsləri ilə tanış olub, ənənəvi Kırım qəhvəsinin hazırlanması üsuluna tamaşa ediblər.

Rəsmi və bədii hissədən ibarət olan tədbirdə, qonaqlar Azərbaycan və Kırım Tatar mahnılarıyla rəqs edərək, bu iki qardaş xalqın oyun mədəniyyətini nümayiş etdiriblər.

Tədbirin təşkilatçıları belə toplantıların geləcəkdə də davam etdirmək niyyətində olduqlarını bildiriblər.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture