/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmiyada Türkcə kitab nəşr edildi

Urmiyada Türkcə kitab nəşr edildi

Oğuz TV: Urmu şəhərində Rza Tağızadənin yazdığı “Papaq” kitabı işıq üzü gördü. Azərbaycan Türkcəsində yazılıb nəşr edilən bu kitab 1324-1340-cı illər (1945-1961) arasında Güneydə baş verən hadisələrdən bəhs edir.

228 səhifəlik “Papaq” kitabı oxucularına 17 bəhməndə (6 fevral) təqdim edildi. Urumunun Mədəniyyət və İrşad idarəsində təqdim edilən kitabın təqdimatına Güney Azərbaycanın milli fəalları və ədəbiyyatçıları qatılmışdı.

Xatırladaq ki, bu müəllifin ilk kitabı deyil. Bundan əvvəl də Rza Tağızadə “Urmiya xatirələri”, “Türk dilinin şer və ədəbiyyat aləmi” və s. kitablar yazaraq Azərbaycan ədəbiyyatına öz imzasını atmışdı.

Comments,Baxışınız
oguz gif telegram