/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmiyədə Ana dili günü (Görüntü)

Urmiyədə Ana dili günü (Görüntü)

Oğuz TV: 2 isfənd Dünya Ana dili günü münasibəti ilə, dilimizin yasaq edildiyi Güney Azərbaycanda Ana dilimiz uğrunda mübarizə güclü şəkildə davam edir.

Bu mübarizə müxtəlif forma və yerlərdə aparılır. Belə mübarizlərdən biridə Güneyin müxtəlif şəhərlərində divarlara ana dili ilə bağlı sloqanların yazılması və broşurlar hazırlamaqdı.

Güneydən əldə etdiyimiz bilgiyə görə, Urmiyədə bugün Ana dili mərasimi keçirilib.
Divarlara banerlər asılıb, bilim yurdları və Urmiya unversitetlərində özəl “Ana dili günü “programlar hazılanıb. 2 gün  öncədən Urmu əhalisinin evlərinə minlərlə  “broşur”və “CD”  paylanılıb.Xatırladaq  Təbriz başda olmaqla Marağa,Ərdəbil, Qəzvin, Urmu kimi şəhərlərdə Ana Dili günü ilə bağlı milli fəallarımız şəhərlərin divarlarına milli sloqanlar yazıb və Anadili ilə bağlı broşurlar yayıblar.

Bu slaydşou üçün JavaScript lazımdır.


 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture