/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmiyəli 6 Azərbaycan milli fəalına toplam 48 ay həbs verildi

Urmiyəli 6 Azərbaycan milli fəalına toplam 48 ay həbs verildi

OğuzTV:Bugün Güney Azərbaycanın Urmiyə şəhərində yerləşən fars rejiminin inqilab məhkəməsində 102-ci şöbənin (bölümünün )hakimi C.Çöhrəqani  6 milli fəala hökm oxuyub.Fars rejimi  qondarma ittihamlara əsasən qurduğu məhkəmədə, Süməyyə Əlidust ,Vəhid Nəsibi, Vəhid Faezpur,Murtaza Zərrini,Qulam Qulizadə , Meysəm Azadi yə hər birisinə 8 ay, toplam 48 ay həbsə məhküm edib.

Xatırladaq ki  36 Güney Azərbaycan milli Azadlıq fəalları 2013-cü ilin iyunun 27-də uluslar arası ” İşgəncəyə qarşı” günü münasibətiilə  Səhənd dağına gedərkən İttilaat(İran İstihbarat və əmniyət nazirliyi -Ettelaat )  qüvvələri tərəfindən tutlumuşlar. Tutuqlu milli fəalların arasında yuxarda adları çəkilən 6 milli fəalımız günlərcə işkəncə olduqdan sonra mulki vəsiqə qarşılığında müvvəqəti azad olmuşdurlar.Ancaq , 2016-cı il dekabrın 7-də həmin məhkəməyə çəxan milli fəallarımız  “İran rejiminin əleyhinə təbliğ ”kimi  qondarma  ittihamları rəd etmişdilər və məhkəmə 2017 ci ilin 1 fevralına  ərtələnmişdi .

 

 

Comments,Baxışınız
oguz gif telegram