/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmiyalı şagirdlər məktəbdə plakatlar qaldıraraq ana dilində təhsil istədiklərini bildiriblər

Urmiyalı şagirdlər məktəbdə plakatlar qaldıraraq ana dilində təhsil istədiklərini bildiriblər

OğuzTV:Sentyabrın 22-də İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərində yeni təhsil ilinin ilk günündə məktəblərin birində urmiyalı ibtidai şagirdlər türk dilində plakatlar qaldıraraq təhsilin ana dilində aparılmasını tələb ediblər.

İbtidai məktəb şagirləri üzərində “Ana dilimdə dərs oxumaq istəyirəm” cümləsi yazılmış plakatlar qaldıraraq dərslərin ana dilində aparılması tələbini irəli sürməklə yanaşı, həm də İran hökumətinin qeyri-fars millətlərinə, o cümlədən də Azərbaycan türklərinə qarşı dil ayrı-seçkiliyinə və mədəni assimilyasiya siyasətinə etiraz bildiriblər.

Xatırladaq ki, İranda qeyri-fars millətlərdən olan milyonlarla şagird, o cümlədən də azərbaycanlı uşaqlar öz ana dillərində təhsildən məhrum edilib. İran hakimiyyəti isə ölkədə yaşayan digər xalqların milli dillərində məktəblərin açılmasını və təhsilin ana dilində aparılmasını hakim fars dilinə qarşı təhdid saydığına görə buna imkan vermir.

Comments,Baxışınız
oguz gif telegram