/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmu “Bələdiyyə”si Tehran “Peykan”ına aman vermədi

Urmu “Bələdiyyə”si Tehran “Peykan”ına aman vermədi

Oğuz TV: Xəbər verdiyimiz kimi, dünən bəhmənin 21-də (10 fevral) Urmunun “Durnalar”(Əl Qadiri) valeyboll salonunda İran Valeyboll ligində  Urmunun “Bələdiyyə” və Tehran “Peykan” takımları arasında növbəti oyun baş tutudu.

Oyundan öncə Azərbaycan izləyicisinin salona gəlməsinin qarşısını almağa çalışan İran rejminin məmurları, oyunun vaxtını bir neçə dəfə dəyişdirsələrdə və salona girişdə ciddi yoxlamalar aparıb bir çox milli fəalı içəri almasalarda, yenə Urmu yandaşları öz istəklərinə nail oldular.

Beləki, onlar salonda möhtəşəm ab-hava yaradaraq, atdıqları milli sloqanlarla sevimli takımlarına dəstək oldular.

Salonu başdan-başa dolduran yandaşlar, “Yaşasın Azərbaycan,” sloqanları və susmaq bilməyən alqışları ilə Urmu Bələdiyyəsini qalibiyyətə sövq etdirdilər.

Yandaşlarının belə möhtəşəm dəstəyini voleybolçularımız cavabsız qoymadı. Onları Tehran takımını 3-1 yenərək Azərbaycana daha bir möhtəşəm qalibiyyət yaşatdılar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture