/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmu Bələdiyyəsi Tehran Peykanına qarşı

Urmu Bələdiyyəsi Tehran Peykanına qarşı

Oğuz TV: Bugün İran Valeyboll Ligində Urmunun 6 minlik izləyici tutumu olan Durnalar salonunda( Əl Qadiri) Urmu Bələdiyyəsi ilə Tehranın Peykan takımlarının valeyboll oyunu baş tutdu.

Azərbaycan izləyicilərinin salona gəlməsinin qarşısını almaq üçün bu oyunun vaxtı bir neçə dəfə dəyişdirildi. Öncə Təbriz vaxtı ilə 19:00-da başlamalı olan oyun 17:00-a təyin edildi, daha sonra vaxtı biraz da qabağa çəkərək 15:30-a müəyyənləşdirdilər. Burda məqsəd isə, Güney Azərbaycan fəallarının oyuna gəlməməsini təmin etmək idi.

Onu da qeyd edək ki,oyunun keçiriləcəyi saatda TV-lər spor programları yaymırlar və bu oyunu da canlı yaymayacaqlar. Buna görə də, milli fəallar millətimizə səslənərək oyuna getmələrini istəyiblər.

Oyundan öncə aldığımız bilgiyə görə, Durnalar salonunun qarşısında saysı əmniyyət qüvvələri toplanaraq, oyunu izləməyə gələn izləyiciləri ciddi şəkildə yoxlayıb, onların salona pankart və s. kimi əşyalar keçirməsinin qarşısı alınıb. Ən əsası isə milli fəallar salona buraxılmayıb.

Xatırladaq ki, keçən oyunların birində Urmu Bələdiyyəsinin yandaşları salonda M.K.ATATÜRKün “Nə mutlu Türküm deyənə” sloqanları atmışdılar.

Məlumat üçün onu da bildirək ki, İran Valeyboll ligində Urmu Bələdiyyəsi 46 xalla 3-cü, Təbriz Bələdiyyəsi ilə 36-ı xalla 5-ci yeri tutur.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture