/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmu gölü ətrafında gözlənilən Duzlu qum sunamisi başladı
Urmu gölü ətrafında gözlənilən Duz-qum sunamisi başladı @oguztv ???

Urmu gölü ətrafında gözlənilən Duzlu qum sunamisi başladı

OğuzTV:Urmu gölü quruduqca Güney Azərbaycan bölgəsi bir çox fəlakətlərilə üzləşir.

Azərbaycanın İqlim və ekolojik dəyişiliyi,ətraf kəndlərdə quyu sularının şorlaşması, duzun bölgədəki əkin yerlərinin yayılması,  bir sıra bitki və hətta heyvanların aradan getməsi, ən önəmlisi isə duz zərrəciklərinin havaya yayılması əsas problemlər sırasındadır. Son zamanlar isə duzdan başqa daha bir dəhşətli problemin ortalığa çıxdığı görünür. Fars rejiminin törədiyi bu fəlakət, Urmu gölündən qumların külək vasitəsi ilə ətraf ərazi və əkin yerlərinə yayılmasından ibarətdir.Fars rejiminin təşəbusu və çapasıla Urmu gölünün quruması duz tozların və  qumların da ətraf ərazilərə spməyə başlıyıb.

Urmiyədən oğuz tv muxbirinin verdiyi məlumata əsasən Urmiyə Rəşikan ,Ağdaş,Cəbəlkəndi kimi gölünə 30-40 kilometr yaxın kəndlərdə duz sunamisi başlayıb.Bu vəziyyət kənd əhalisini vahiməyə salıb.Duzlu qumların ətraf əraziyə yayılması və Azərbaycanlı  əkinçilərin bu məsələdən ciddi ziyan görməsi məsələsi getdikcə kəskinləşir.

Küləyin istiqaməti isə problemi biraz da dərinləşdirib. Məlumata görə, əksər küləklərin istiqaməti Urmiyədən Təbriz şəhərinə tərəfdir. Bu məsələ Şərqi Azərbaycan və xüsusi ilə Təbrizin duz və qum zərrəcikləri qarşısında daha çox ziyan görəcəyini qaçılmaz edir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture