/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmu gölü kibrit qutularının “bəzəy”i oldu

Urmu gölü kibrit qutularının “bəzəy”i oldu

Oğuz TV:  Təbrizdə  özəl “Təvəkküli” adlı kibrit fabrikası diqqətləri Urmu gölünün qurudulmasına çəkmək üçün bir iş görüb.

İranla yanaşı digər ölkələrədə kibrit istehsal edən fabrik bu yaxınlarda istehsal etdiyi kibrit qutularının üstündə Urmu gölünün qurudulmasını göstərən şəkillər əks etdirib.

Müxtəlif ölçülərdə istehsal olunan kibrit qutularından Urmu gölünün qurudulmasının fərqli şəkilləri göstərilib.

İran rejminin məqsədli şəkildə qurutmağa çalışdığı  Urmu gölün qurudulmasına qarşı Güney Azərbaycanda soydaşlarımız müxtəlif sahələrdə buna öz etirazlarını bildirirlər.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture