/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmuda ana dili şənliyi dəftərxananın bağlanmasına səbəb oldu (FOTO)
اورمودا آنا دیلی شن‌لیگی دفترخانانین باغلانماسینا سبب اولدو

Urmuda ana dili şənliyi dəftərxananın bağlanmasına səbəb oldu (FOTO)

Oğuz TV: Urmudan seçkilərə qatılan  Seyyid Selman Zakirin dəftəxanasında  öyrəncilər və gənclər toplanaraq 2 isfənd Ana Dili gününü qeyd ediblər.

Urmudan gələn bilgiyə görə, çox sayda soydaşımız bu dəfətxanaya toplanıb, milli geyimlərimiz geyinən gənclər ana dilində şerlər söylənib, saz –qopuz çalaraq, şənlik eləyiblər. Bu şənlikdə Hamed Səmədi adlı uşağın milli geyimimizdə çalıb oxuduğu saz havaları toplantı iştirakçılarının zövqlərini oxşayıb.

Lakin, soydaşlarımızın bu şənliyini İran rejmi gözündən gətirdi. Belə ki, ana dili şənliyinin ardından bu dəftərxanaya hücum edən rejmin “qolu qüvvəli”ləri burda düzənlənən şənliyin qeyri-qanuni olduğunu bildirərək, bu dəftərxananı bağlayaraq, qapısını plomblayıblar.

Göründüyü kimi, İran rejmi Azərbaycan Türklərinin bir yerdə toplanıb şənlənməsindən belə qorxuya düşür.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram