/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmulu gənc ən yaxşı tədqiqatçı seçildi

Urmulu gənc ən yaxşı tədqiqatçı seçildi

Oğuz TV: İslam Ölkələri Yönümlü Sağlamlıq Mövzusunda İqtisadi Əməkdaşlıq İnkişaf Beynəlxalq Konqresi tərəfindən ən yaxşı tədqiqatçı mükafatı Güney Azərbaycanın Urmu şəhərindən olub, İstanbul Aydın Universiteti Diş Həkimliyi tələbəsi olan Mehdi Bəşirinin oldu.

Oğuz TV nin İstanbul dan aldığı bilgiyə görə, İnnovasiya dünyasında apardığı müxtəlif işləri də olan və eyni zamanda İstanbul Aydın Universiteti İnnovasiya Klubunun Prezidenti olan Bəşiri hisslərini bu şəkildə ifadə edib: “Bu mükafatı innovasiya dünyasında 2 ildir ki, məşğul olduğum işlər nəticəsində aldım. Buradan başqa, müxtəlif müsabiqə və konqreslərə qatılıb, oralardan da mükafatlar almışam. İstanbul Aydın Universiteti mənim ikinci universitetum. İlk ali məktəbimdə mikrobiologiya oxudum. Burada da diş həkimliyi təhsili alıram”.
12912399_1072616999467821_39601701_n
Diş sahəsindəki ilk buluşunu bu məsələdə təhsil almadan əvvəl etdiyini bildirən Mehdi Bəşiri, “Kəşfimlə bağlı məsləhət etdiyim bir mütəxəssisin mənə dedikləri həyatımı dəyişdirdi. Mənə ətrafımda gördüyüm hər şeyin bir fikir olduğunu göstərdi. Ehtiyac kəşfin anasıdır. Mən də diş fırçasını dəyişmək istədim və bu ixtirani etdim. Daha sonra diş həkimliyi bölümünü oxumaq istədim. Yoluma çıxan maneələr, məni heç bir zaman qorxutmadı. Bütün çətinliklərə rəğmən yoluma davam etdim və bundan sonra da edəcəyəm. İnanıram ki, bir gün dünyanı sarsıdacaq bir icadım olacaq. 18 projə sahibiyəm və bu projələr yalnız diş həkimliyi sahəsinə məhdud deyil. Tibb, xüsusi təhsil və tibbi ləvazimatlar sahəsində də işlərim var” deyərək sözlərini son qoydu.

Comments,Baxışınız
oguz gif telegram