/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmulu milli fəal ata evində basılaraq tutuqlanıb,6 illik həbs cəzası üçün zindana göndərilib
Urmiyəli Milli fəal N.Xülusi üçün 6il həbs icrasi

Urmulu milli fəal ata evində basılaraq tutuqlanıb,6 illik həbs cəzası üçün zindana göndərilib

OğuzTV:Güney Azərbaycanlı milli fəal Nasir Xülusi rejimin məmurları tərəfindən tutuqlanıb. Urmulu milli fəal Nasir Xülusi 6 illik həbs cəzasının icrası üçün fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Oğuz tv muxbirinin Urmudan verdiyi məlumata  əsasn bugün Aban ayının 8-i oktyabrın 30-da fars rejiminin İnqilab Məhkəməsinin çıxardığı haqsız həbs cəzasına dayanaraq ,rejim qüvvələri  fəalın yaşadığı ata evinə basqın düzənləyərək milli fəalı fars rejiminin Təbrizdəki Məhkəməsinə aparıblar.

Daha öncədə xəbər verdiyimiz kimi milli fəal Nasir Xülusi 2017-ci il iyunun 28-də Urmuda yerləşən fars rejiminin inqilab Məhkəməsində” fars rejiminin sistemi əleyhinə təbliğ etmək və iran adlanan yerin milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi qondarma ittihamlarıla 6 il həbs cəzası hökmünü almışdı.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture