/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Urmulu milli fəal farsları öz çıxışı və X.R.Ulutürkün şeri ilə susdurdu

Urmulu milli fəal farsları öz çıxışı və X.R.Ulutürkün şeri ilə susdurdu

Oğuz TV: Dünən, 4 mart tarixində Urmu bilimyurdunda islahatçılar Novruz bayramı qabağı  şeir gecəsi keçiriblər.

Oğuz TV nin aldığı bilgiyə görə, Əli Manafzadə adlı Urmulu milli fəal tədbirdə söz haqqı alaraq, Novruz bayramının bir Türk bayramı olduğunu, Türklərin bu bayramı farslardan daha yaxşı bildiklərini söyləyib. Soydaşımız sözünü davam etdirərək islahatçılara xitabən qeyd edib ki, burada qurduğunuz oyunlarla bizə farsların saxta adət-ənənələri aşılayırsız. Yaxşı olardı ki, belə oyunlarınızı Urmuda deyil, Tehranda mərkəzçi dostlarınıza oynayardız.

Belə oyunların qeyri-fars millətlərə oynamağa gərək yoxdu.Qeyri-fars millətlərdən söz düşəndə siz qorxunuzdan titrəyirsiz. Lakin fars olmadığı və öz milli haqqlarını qoruduğu üçün bu gün onlarla milli fəal novruz bayramını ailələri ilə deyil, zindan işçiləri ilə qutlayacaqlar deyə milli fəal vurğulayıb.

Çıxışının sonunda isə Əli Manafzadə Xəlil Rza Ulutürkün “Zindanda Novruz bayramı” şerini oxuyaraq o şeri Güney Azərbaycanın bütün tutuqlu milli fəallarına həsr edir.

 

 

Comments,Baxışınız
oguz gif telegram